Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Şəhidlərin ili çıxana qədər qırmızı geyinməyəcəm“ – Xalq artisti

“Şəhidlərin ili çıxana qədər qırmızı geyinməyəcəm“ – Xalq artisti

Xalq artisti Firəngiz Mütəllimova doğma yurdu Şuşadan danışıb.

“Zaurla Günaydın” proqramında qonaq olan aktrisa Şuşa səfərindən təəssüratlarını bölüşüb:

 “Şuşanın yarısı tam gözəldir. Amma Daşaltıdan vurulan yerlər xarabalıqdır. Evlərdə təmir işləri gedir. Evimi uzaqdan gördüm. And içmişdim. İçəri heç əsgər daxil ola bilmir. Evimizin içindən ağaclar bitib, orada yaşayış olmayıb. Kinoteatr da yoxdur. Deyirdim ki, Şuşaya getsəm, mədəniyyət evinin qabağında ayaqyalın rəqs edəcəm. Mədəniyyət evi yox idi. Həm də rəqs etmək həvəsim olmadı. Şəhridlərin ili çıxana qədər qırmızı dodaq və dırnaq boyası çəkməyəcəm, qırmızı geyim geyinməyəcəm. Çəkilişlərə də demişəm ki, gətirməyin”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …