Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Şəhidlər qanı ilə torpağını yaşadır

Şəhidlər qanı ilə torpağını yaşadır

Azərbaycan dünyada dostluq, sülh ölkəsi kimi tanınır və sevilir. Düşmən qarşısında öz milli mənliyini həmişə qorumağı bacarmışdır. Yadellilərin hücumlarını əsrlər boyu qəhrəmanlıqla dəf etmişdir. Azərbaycanın münbit torpağı, gözəl təbiəti xalqımızın zəhməti ilə yoğrulmuşdur. Ancaq onu viranəyə çevirmək istəyən işğalçı ermənilər hələ də öz mənfur, məkrli siyasətindən əl çəkmir. Zaman-zaman biz bunun şahidi oluruq. Təəssüf ki, ermənilərin növbəti təxribatının, alçaq niyyətlərinin Tovuz rayonu sərhəddində bir daha şahidi olduq. 12 iyul tarixində dinc əhalinin mənzilləri top atəşinə tutuldu. Dağıntılara baxmayaraq, tovuzlular mərdlik göstərib öz yerlərini tərk etmirlər. Çünki igid əsgərlərimiz, zabitlərimiz düşmənləri layiqincə susdurmağı bacarır. Düşmən tərəfi sarsıdıcı zərbələrə məruz qalmışdır. Ordumuz ermənilərin dayaq məntəqələrini, postlarını məhv etmişdir. Bu hərbi əməliyyatlar da ordumuzun tarixində şanlı yer tutacaqdır. Aprel döyüşlərində düşmənə öz yerini göstərən qəhrəman əsgər və zabitlərimizin sıraları daha da sıxlaşmışdır. Gənclərimiz öz vətənpərvərliyi ilə xalqın etimadını, məhəbbətini qazana bilmişdir. Təsadüfi deyil ki, hal-hazırda yaralı əsgərlərimiz tezliklə sağalıb döyüş bölgəsinə tələsirlər. Şəhidlərimiz özünü vətən uğrunda sipər edir, ölümün gözünə dik baxır, ölməzliyə qovuşur. Gənclərə nümunə olan, qəhrəmanlıq göstərən hərbiçilərimizlə qürur duyuruq. Qanı ilə torpağını yaşatmaq, onu müdafiə etmək şəhidliyin zirvəsidir. Təcavüzkar tərəfin isə apardığı ədalətsiz döyüşdə məhv olunan əsgərlər şəhid adına layiq deyillər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni təxribatına qarşı qətiyyətlə bildirmişdir: “Azərbaycan əsgərləri və zabitlərinin qanı yerdə qalmamalıdır. Qisas əməliyyatının 2-ci fazası başlayıb”. Ölkə başçımızın çıxışndan sonra dörd mindən çox gənc hərbi komissarlıqda Milli orduda döyüşmək üçün könüllü şəkildə qeydiyyatdan keçib. Doğma torpağımızı düşməndən qorumağı özünə müqəddəs borc bilən gənclər ordusu artmaqdadır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən ölkəmizdə dövlət gənclər siyasətinə xüsusi önəm vermiş, uzaqgörənliklə qeyd etmişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr daha da böyük olacaqdır… Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu çağırış öz aktuallığını bu gün də nümayiş etdirir. Gənclərimiz öz xalqını xoşbəxt gələcəyə aparan böyük bir qüvvədir. Çünki dövlətimiz bu istiqamətdə öz qayğı və diqqətini gənclərdən heç vaxt əsirgəmir. Biz gənclər erməni təcavüzünə qarşı öz qəti etirazımızı bildiririk. İstəyirik ki, beynəlxalq təşkilatlar Tovuz rayonunda baş verən hadisədə ermənilərin həqiqi simasını, təcavüzkar siyasətini dünya ictimaiyyətinə çatdırsınlar. Həqiqət göz qabağındadır, Azərbaycanın dövlət sərhəddi pozulmuşdur. Ermənilər Neft və qaz magistral xəttinə nəzarət etmək iddiası ilə qanlı savaş açmaqla bir daha öz xəbis planlarını ifşa etmişdir. Təəssüf doğuran odur ki, əsrlərlə dünya ictimaiyyətinin fikrini azdırmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq ermənilərin qədim milli adətləridir. Deyirlər, “Haqq nazilər, amma üzülməz”. Tarix öz həqiqi qəhrəmanlarını gələcək nəsillərə tanıdacaq. Xalqımızla həmrəyik: “Şəhidlər ölməz, vətən bölünməz!”

Bakı Gənclər Mərkəzinin direktoru,

Nərgiz Babayeva

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …