Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Şəhidimizin adına xatirə bulağının açılışı oldu – FOTO

Şəhidimizin adına xatirə bulağının açılışı oldu – FOTO

Xəzər rayonunun Şağan qəsəbəsində 19 yaşlı şəhidimiz, əslən Şuşadan olan Allahverdi Əli oğlu Allahverdiyevin adına xatirə bulağının açılışı olub.

Açılış tədbirində şəhidin ailə üzvləri, kənd nümayəndələri, tanınmış simalar iştirak edib.

Xatirə bulağının açılmasının təşəbbüskarı və təşkilatçısı şəhidimizin qonşusu Salman Əzizulla oğlu Əliyevdir.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bulaqda dalğalanan Türkiyə bayrağı qardaş ölkənin hər zaman, xüsusilə də Vətən müharibəsi dönəmində və ondan sonra da yanımızda olmasını nümayiş etdirir: “Türkiyə mənəvi dəstəyini heç zaman əsirgəmədi, daim yanımızda oldu. Qardaş Türkiyənin Azərbaycanın yanında olması qiyamətə qədər yaddaşlardan silinməyəcək. Ona görə də şəhidimizin adına olan bulaqda Türkiyə bayrağı da ucaldıldı.

Biz vətənimizin bütövlüyü uğrunda qanından, canından keçən şəhidlərimizin ruhuna, onların ailələrinə daim minnətdarıq. Şəhidlərimiz, qazilərimizin sayəsində, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Prezidentimizin Kəbədə etdiyi dualar, xalqımızın diləkləri qəbul oldu, bu gün Qarabağımız azaddır. Biz buna görə başda Qarabağın xilaskarı Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bu yolda canından keçən şəhidlərimizə, onların ailələrinə, qazilərimizə, müharibə iştirakçılarının hər birinə minnətdarıq”.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli şəhidlərimizi hər zaman hörmətlə andıqlarını bildirib: “Biz Vətənimizin bütövlüyə qovuşmasına görə daim şəhidlərimizə borclu olacağıq və heç zaaman onları unutmayacağıq”.

Şəhidimizin atası Əli Allahverdiyev çıxış edərək göstərdikləri dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən şəhid ailələri Seyid Camal Əzimbəylinin aparıcısı və layihə rəhbəri olduğu, Space-də yayımlanan “İnam” verilişindən geniş söz açıblar. Onlar proqramın böyük rəğbət qazandığını deyərək, Space-nin “İnam” vasitəsilə daim şəhid və qazi ailələrini diqqətdə saxladığını vurğulayıblar.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …