Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər.

Şəhid yaxınları millət vəkilindən rayonda mövcud olan bir sıra problemlərin həlli üçün kömək istəyiblər.
Onlar bildiriblər ki, rayonun ən böyük problemi qaz və yol məsələsdir: “Rayonda 84 kənddən yalnız 14-nə qaz çəkilib ki, həmin kəndlərə də çox vaxt qaz gəlmir. Bu səbəbdən rayonda meşələr talan edilir, insanlar Yardımlını tərk edir”.

Şəhid yaxınlarının Bakupost.az -a bildirdiyinə görə, müxtəlif dövlət təşkilatlarına çoxsaylı müraciətləri cavabsız qaldığı üçün dünən onlar qaz və yol probleminin həlli üçün Prezident Administrasiyasına müraciət ediblər. Qəbul şöbəsində onların problemləri dindirilib.

Rəsmi şəxslər şəhid atalarına fevralın 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun onları qəbul edəcəyini, qaldırdıqları problemləri dinləyəcəyini və həll olunması üçün tədbirlər görüləcəyini qeyd ediblər.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …