Ana səhifə / Cəmiyyət / Şəhid anası Prezidentdən kömək istəyir – ŞİKAYƏT

Şəhid anası Prezidentdən kömək istəyir – ŞİKAYƏT

Xaçmaz rayonunun Arzu kəndində yaşayan şəhid anası Əliyeva Fatma Feyzulla qızı “AzPolitika. info” saytı vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Onun qısa müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Cənab Prezident!
Bu müraciətimlə yazıb Sizin nəzərinizə çatdırmaq istyirəm ki, 1993-cü il tarixində oğlum Əliyev Ramazan Şura oğlu Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, Ağdərə kəndində şəhid olmuşdur. Mənim bir şəhid anası kimi Sizə müraciətimin səbəbi qarşılaşdığım biganəlikdir.

Mən Xaçmaz rayon Arzu kəndində yaşayıram. Ailəmi və 2 oğlumu itirdiyimdən 3 otaqlı mənzildə tək yaşamaq məcburiyyətindəyəm. Evim hal-hazırda bərbad vəziyyətdədir. Məlum olduğu kimi, qarşıdan qış fəsli gəlir. Mənim evimin damı, tavanı, döşəməsi qəzalı vəziyyətdədir. Artıq həşaratlarla yaşamağa öyrəşmişəm.

Bu məsələ ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinə bir neçə dəfə yazılı və şifahi müraciətlər etmişəm. Hər dəfə müxtəlif bəhanələr gətirərək, büdcəmizdə pul yoxdur deyərək, məni ordan uzaqlaşdırırlar.

Mən çox gözəl bilirəm ki, Siz həmişə şəhid ailələrinə böyük qayğı göstərilməsi, onların problemlərinin həll olunmasına dair tapşırıq və tövsiyyələrinizi vermisiniz. Bunu öz çıxışlarınızda, vətəndaşlarla görüşərkən də bildirirsiniz.

Hörmətli Cənab Prezident! Sizin tapşırıqlarınıza baxmayaraq, Xaçmaz Rayon İcra Hakimiyyəti, eləcə də kəndin bələdiyyəsi və icra nümayəndəliyi mənim  problemimi həll etmək istəmirlər. Hazırda mənim 82 yaşım var. Bərbad vəziyyətdə olan evdə yaşamaq mənim üçün çox çətindir.

Hörmətli Cənab Prezident! Mən sizdən bir şəhid anası kimi xahiş edirəm ki, evimin müəyyən qədər təmir olunması ilə bağlı aidiyyatı üzrə göstəriş verəsiniz. Ümid edirəm ki, mənim bu problemim Sizə müraciətimdən sonra öz həllini tapacaqdır.
Əvəlcədən  minnətdarlığımı bildirirəm”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …