Ana səhifə / Cəmiyyət / Şəhid ailələri və qazilərlə görüş keçirilib – FOTOLAR

Şəhid ailələri və qazilərlə görüş keçirilib – FOTOLAR

Bakının Nərimanov rayonunda şəhid anaları və qazilərin iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbirin təşəbbüskarları və təşkilatçıları, xaricdə fəaliyyət göstərən adının çəkilməsini istəməyən azərbaycanlı xeyriyyəçi , iş adamı və filologiya elmləri üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədovadır.

Şərqiyyə xanım iştirakçıları salamlayaraq, tədbirin məqsədi haqqında məlumat verdi. Sonra İSBAM sədri Samir Adıgözəlli, polkovnik Elmar Hüseynov da çıxışlarında analara və qazilərə qələbədəki xidmətlərinin əvəzsiz olduğunu söylədilər.

Bütün bölgələrdən dəvət olunmuş qazilər və şəhid anaları gözəl bir süfrə ətrafında əyləşərək, şəhid olmuş övladları haqqında, onlara göstərilən dövlət qayğısından və mərhəmətli insanların dəstəyindən söz açdılar.Bu günkü möhtəşəm tədbirə görə təşkilatçılara təşəkkür etdilər. Sonra hazırlanmış hədiyyələr onlara təqdim olundu.
Sonda xatirə şəkli çəkildi.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …