Ana səhifə / Cəmiyyət / Səfirlik ABŞ-da iftar süfrəsi açıb – FOTOLAR

Səfirlik ABŞ-da iftar süfrəsi açıb – FOTOLAR

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində Ramazan ayı münasibətilə Müsəlman Amerika Liderlik Alyansı (MALA), Amerika Sefard Federasiyası (ASF), ABŞ-da fəaliyyət göstərən müxtəlif qurumların üzvləri və ABŞ-da yerləşən müsəlman ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.

Səfirlikdən verilən məlumata görə, iştirakçılar arasında ABŞ Konqresofisindən, beynəlxalq maliyyə qurumlarının qeyri-hökumət təşkilatları və yerli ictimaiyyət nümayəndələri olub. 

Səfirliyin nümayəndəsi qonaqları salamlayaraq Azərbaycan mədəniyyəti, müxtəlif dinlərin nümayəndələrinin birgə və rifah içində yaşamasından, Azərbaycanda tolerantlıq və ölkədə multikulturalizm dəyərlərindən bəhs edib. MALA təşkilatının icraçı direktoru Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Ömər öz növbəsində Azərbaycan tərəfinə təşəkkür edərək təşkilat haqqında məlumat verib və Ramazan ayının fəzilətlərindən bəhs edib. 

Qonaqlar Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından maraqlanmış və suallar ünvanlayıblar. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …