Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Sədr seçilən Ayaz Salayev: “5 dəqiqə əvvəl bildim ki, məni seçiblər”

Sədr seçilən Ayaz Salayev: “5 dəqiqə əvvəl bildim ki, məni seçiblər”

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb. Kinostudiyadan mətbuata verilən məlumata görə, beş nəfərdən ibarət olan Şuraya Əməkdar incəsənət xadimi Ayaz Salayev sədr seçilib.

Şuranın üzvləri – aktrisa, Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.

Şura üzvləri dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirəcək.

Mövzu ilə bağlı Əməkdar incəsənət xadimi Ayaz Salayev Musavat.com-a danışıb:
“Şuraya sədr seçilməyimi 5 dəqiqə əvvəl bilmişəm. Bilirdim ki, hansısa şuraya üzv olacam, amma ora sədr seçiləcəyimi bilmirdim.

Yalnız bir şeyi deyə bilərəm ki, bu gün Azərbaycan kinosu xalqımıza çox borcludur. Mən də bu məsuliyyəti dərk edir, bilirəm ki, Azərbaycan kinosunun çiyninə çox böyük yük düşür və hələlik bu yükü daşıya bilmir. Kinomuz elə olmalıdır ki, xalqımız ona baxıb özünü dərk etsin. Lakin hələlik bu baş vermir. Bu baxımdan çalışacam ki, bütün fəaliyyətim bu müstəvi üzərində qurulsun”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …