Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Sədr: “Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya Məmmədov…”

Sədr: “Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya Məmmədov…”

Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib.

O, sözügedən əmlaklar qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunduğunu deyib.

Onun sözlərinə görə, həmin əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib:

“Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa-olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Deyə bilmərik ki, bu Çovdarovdur, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov…

Gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq”.

Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işinin müsadirə olunmuş əmlaklar hissəsi yeni baxışa qaytarılıb.

Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə 2022-ci ilin dekabrın 28-də qərar elan olunub. Qərara əsasən, Akif Çovdarovun yaxınlarının adına rəsmiləşdirilmiş 30 milyonluq əmlak xüsusi müsadirədən azad olunub.

Bundan başqa, bir neçə gün əvvəl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə müsadirə olunmuş bir neçə əmlak sahiblərinə geri qaytarılıb. APA

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …