Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / “Sədərək” və “Binə” ticarət mərkəzləri bağlandı

“Sədərək” və “Binə” ticarət mərkəzləri bağlandı

“Sədərək” və “Binə” ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb.

A24.az bildirir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər.

Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …