Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Səbinə şalvarını endirib dəhlizdə qaçırdı… – İddia

Səbinə şalvarını endirib dəhlizdə qaçırdı… – İddia

Azərbaycanlı qadın “Britaniya Hava Yolları” şirkətini məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatıi Britaniyanın məşhur “Daily Mail” qəzeti yayıb. Qəzetə açıqlama verən Britaniya vətəndaşı Səbinə Səfərova bildirib ki, heç bir səbəb olmadan “Britaniya Hava Yolları”nın əməkdaşları tərəfindən hücuma məruz qalıb və Dubay polisi tərəfindən 12 saat saxlanılıb.

34 yaşlı Səbinə Sultanova bildirib ki, o doğum gününə görə Dubaya səfər edib. Hadisə ötən il mart ayında baş verib. O təyyarədə olarkən sağ və solunda əyləşən iki nəfərin yuxuladığını və bu zaman onun üzərinə əyildiklərini bildirib. Xanım həmin şəxslərə etiraz edib. Amma hər şey Dubayda təyyarədən enərkən başlayıb. S. Sultanova bildirib ki, təyyarə ekipajının əməkdaşları onun təyyarədə qalmasını tələb ediblər. Buna tabe olmaq istəmədikdə isə əməkdaşlar onun paltarından tutaraq geri dartıblar və bu zaman paltarı cırılaraq əynindən çıxıb. Daha sonra onu boğduqlarını və huşunu itirdiyini iddia edib.

S. Sultanova ayılarkən özünün Dubayda polis bölməssində olduğunu bildirib. Yalnız 12 saatdan sonra sərbəst buraxılıb.

Aviaşirkət isə S. Sultanovanın iddialarını təkzib edib. Əksinə, bu insidentdə xanımın günahkar olduğunu qeyd edib. Şirkət bildirib ki, təyyarə hərəkətdə olarkən S. Sultanova şalvarını çıxarıb, dəhlizdə qaçaraq ekipaj üzvlərini və sərnişinləri dişləməyə çalışıb.

Hazırda iddianı məhkəmə araşdırır.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …