Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru diplomuna layiq görülüb

Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru diplomuna layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.

Mayın 6-da Batumi Dövlət Universitetində Rza Talıbova bu ali məktəbin fəxri doktoru diplomu təqdim olunub.

Universitetinin rektoru, professor Merabi Xalvaşi elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rza Talıbovu rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Batumi Dövlət Universitetinə gəlişindən məmnunluğunu ifadə edib. Bildirib ki, Rza Talıbov Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi, həmçinin elmin və təhsilin inkişafı istiqamətində böyük işlər görüb.

Sonra rektor universitetin elmi şurasının Rza Talıbova fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.

Rza Talıbova fəxri doktor diplomu və mantiya təqdim olunub.

Rza Talıbov Batumi Dövlət Universitetinin Elmi Şuranın üzvləri qarşısında çıxış edərək fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb.

“Batumi Dövlət Universiteti bu gündən mənim də universitetimdir”, – deyən Rza Talıbov bundan sonra da təhsil sahəsində əlaqələrin inkişafında əlindən gələni edəcəyini bildirib.

Tədbirdə, həmçinin Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov çıxışında bildirib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan Respublikası ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab yüksək ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab, MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur. (Naxcivantv.az)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın