Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı – “Görən, niyə susub Allah…“

Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı – “Görən, niyə susub Allah…“

Tanınmış şair Rüstəm Behrudinin Allahı inkar edən şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqid olunub.

Həmin şeiri təqdim edirik:

Görən, niyə susub Allah,

Yerə təzə sözü yoxdu?

14 əsr keçib getdi,

Təzə kitab, yazı yoxdu?

“Məni tanı” deyə-deyə,

Hökm eləyir yerə, göyə,

Bəndəsinə görünməyə,

Nədən, niyə üzü yoxdu?!

Vədə verib, sabah deyir,

Savab deyir, günah deyir.

Cümlə-aləm “Allah” deyir,

Hanı? İzi-tozu yoxdu.

Bakupost.az xatırladır ki, şeiri ilk olaraq tanınmış jurnalist Cavid İsmayıl özünün feysbuk səhifəsində paylaşıb.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …