Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Rusların “CinemaPlus”da inanılmaz sərgüzəştləri – FOTO/VİDEO

Rusların “CinemaPlus”da inanılmaz sərgüzəştləri – FOTO/VİDEO

Premium kinoteatr “CinemaPlus Amburan Mall”da, açıq havada Aleksandr Sekalonun rəhbərliyi altında rus komediya filmi olan “Kilimandjara”nın qapalı nümayişi keçirilib.

Filmin çəkilişləri Bakının görkəmli yerlərinin və Azərbaycanın gözəl mənzərələrinin fonunda aparılıb. “Kilimandjara” filminin ideyası məşhur şoumenlər Tahir və Cabir İmanovlarda (“Planet Parni iz Baku”) yaranıb. Lakin onların layihədə işitrakı bununla məhdudlaşmayıb.

Azərbaycan tərəfindən prodüser olaraq İmanovlar, Fərid Əlizadə və filmin baş prodüseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə rusiyalı kinematoqrafçılara öz ölkələrinin mühitinə daxil olmağa, milli mədəniyyət və mentaliteti yaxından görməyə kömək edib.

Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olublar.

Kinoteatrda həmçinin musiqi müşaiyəti altında bayram mühiti qurulub. Bütün gecəni DJ dinamik musiqi ilə insanları əyləndirib. Bundan başqa, furşet masası, alkoqollu və alkoqolsuz içkilər təqdim olunub.

“Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, “Maya” meksikan restoranı, “El Portalon” ispan restoranı, Red Bull, “Banketnaya” araqları, “Gala” şərabları, TNT kuryer xidməti və “Baltika-Bakı” pivəbişirmə zavodu tədbirin təşkilində dəstək olub.

Qısaca film haqqında:

Sənin toyuna bəy gəlməyəndə bir şey qalır – onu axtarıb tapmaq. Məhz, gözəl Marusya belə də edir. O, bəyin doğma ölkəsi Azərbaycana yola düşür. Yaxşı ki, yanında mehriban dostlar komandası var və ya elə də mehriban və heç də dost olmayanlar. Bakıda belə sərgüzəştləri Marusyanın komandasından heç kim gözləmirdi, elə şəhər sakinləri özləri də.

Filmin rejissoru Yekaterina Teleginadır. Baş rollarda Pavel Priluçniy, Maksim Vitorqan, Timofey Tribuntsev və İrina Starşenbaum.

Qeyd edək ki, bir çox kino həvəskarları üçün “CinemaPlus Amburan Mall” 24 saat işləyəcək.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …