Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Ruhi-Əsəb Dispanserində xəstələri məsxərəyə qoyan şəxslərlə bağlı polis hərəkətə keçdi

Ruhi-Əsəb Dispanserində xəstələri məsxərəyə qoyan şəxslərlə bağlı polis hərəkətə keçdi

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən videogörüntü üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkməsi əks olunub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb:

“Sosial şəbəkələrdə yayılan videogörüntü, 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib. Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.

Oxu.Az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …