Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Rüfət Aslanlının vəzifəsinin ləğv olunmasının səbəbləri

Rüfət Aslanlının vəzifəsinin ləğv olunmasının səbəbləri

Artıq xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası(MBNP) publik hüquqi şəxsin Direktorlar Şurası ləğv olunub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Palatanın yeni nizamnaməsində əksini tapıb. Sənədə əsasən bundan sonra Palatanın idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi.

Məlumat üçün bildirək ki, Şuranın ləğv olunması ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itiriblər. Hazırda Palatanın İdarə Heyətinin rəhbəri İbrahim Alışovdur.

Onu da qeyd edək ki, R.Aslanlının MBNP-dəki səlahiyyətlərinin əksəriyyəti aylar öncədən İdarə Heyətinin sədrinə dövr edilmişdi. Ondan əvvəl R.Aslanlı barədə mediada uzun müddət müxtəlif iddialar yer alıb. Belə ki, onun dəbdəbəli həyat sürdüyünə, Fransada öz adına şərab istehsal etdirdiyinə, həmçinin Palatada özünə 60 min manat əmək haqqı müəyyənləşdirdiyinə dair məlumatlar yayılmışdı. Uzun müddət idi ki, ictimaiyyət Palatada faktiki olaraq R.Aslanlı və İ.Alışovun timsalında ikihakimiyyətliliyin hökm sürdüyü qənaətindəydi.

İbrahim Alışov ile ilgili görsel sonucu

 İbrahim Alışov

Bəzi müşahidəçilər hesab edirlər ki, R.Aslanlının nüfuzdan düşməsinə səbəb hakimiyyətin bəzi yüksək dairələrinin maraqları təmsil olunan bank sektorunda güzəştsiz mövqe nümayiş etdirməsi  olub. Onun problemli banklara dəstək verilməsinin qatı əleyhidarı olduğu, yalnız öz gücünə ayaqda qala bilən bankların fəaliyyətini davam etdirməsini məqbul saydığı deyilir. Bu isə dövlətdən dəstək almaq istəyən bəzi banklar və onların arxasında dayanan qüvvələri narahat etməyə bilməzdi.

Maraqlıdır ki, bəzi mənbələr tamam fərqli düşünürlər. Onların fikrincə, bank sektorunun ağır vəziyyətində MBNP-yə rəhbər gətirilən R.Aslanlıya yüksək etimad göstərilib, istədiyi çoxsaylı səlahiyyətlər verilib. Lakin o, bu səlahiyyətlərdən öz mövqelərini möhkəmlətmək üçün daha çox yararlanıb, nəinki bank sektorunu böhrandan çıxarmaq üçün.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, MBNP Azərbaycan maliyyə sisteminin çox ağır durumda olduğu bir vaxtda yaradılıb: “2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş vermişdi, banklar çox ağır duruma düşmüşdü. Bəzi bankların lisenziyası alınmışdı, bir çox digər banklar çətin şərtlər altında fəaliyyət göstərirdilər. Belə bir dövrdə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə böyük məsuliyyət qoyulmuşdu: maliyyə-bank sektorunu qısa müddətdə sağlamlaşdırmalı, problemli bankları qısa müddətə sektordan uzaqlaşdırmalıydı. Beləliklə, Palata yaradıldıqdan sonra xeyli bank bazarı tərk etdi, sayı 45-dən 30-dək azaldı. Yalnız iki bank birləşdi. Hələ də bir sıra banklar ”reanimasiyadadır”, onların problemi həllini gözləyir.

Maliyyə Bazarlarına Nəzarət Palatası ile ilgili görsel sonucu

Palata Azərbaycanda ilk publik hüquqi şəxs, korporativ idarəetmə standartlarına uyğun ilk dövlət qurumudur. Onun ali nəzarət orqanı olan Müşahidə Şurası və idarəedici orqanı olaraq İdarə Heyəti yaradıldı. Gözləmək olardı ki, qarşılıqlı nəzarət mexanizmi işləyəcək. Lakin təəssüflər olsun ki, sonradan nizamnaməyə müəyyən dəyişikliklər edilərək İdarə Heyətinin səlahiyyətləri daha da artırıldı, onunla Müşahidə Şurası arasında ikihakimiyyətlilik yarandı. Nizamnaməyə Müşahidə Şurasının səlahiyyətində olan bəzi məsələlərlə bağlı qərar verilərkən İdarə Heyətinin razılığının tələb olunması kimi müddəa daxil edildi. Son aylarda ümumiyyətlə, Müşahidə Şurasının fəaliyyəti görünmürdü, bütün idarəetmə İdarə Heyətində cəmləşmişdi”.

Ekspertə görə, MBNP-də müşahidəçilik institutunun ləğv edilməsi korporativ idarəetmə modelindən imtina deməkdir:“Faktiki olaraq bu gün Palatanın təşkilati-hüquqi statusu qeyri-müəyyəndir. Gözlənilir ki, bundan sonra Palataya dövlət tərəfindən daha çox dəstək veriləcək, onun maliyyələşməsi də daha çox dövlət büdcəsi hesabına həyata keçiriləcək. Ola bilsin, Palatanın banklardan yığdığı vəsaitin məbləği ya azaldılsın, ya da ümumiyyətlə, ləğv olunsun. Palatanın bank sektorunda gözlənilən nəticələri əldə edə bildiyini söyləmək mümkün deyil. Baxmayaraq ki, bu qurum bir çox məqamlarda həddindən artıq sərt görünən addımlar da atdı, amma sektorun hələ tam olaraq böhrandan çıxdığını söyləmək qeyri-mümkündür”. (musavat.com)

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …