Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Rüfət Aslanlının ölkədən çıxışına qadağa qoyulub

Rüfət Aslanlının ölkədən çıxışına qadağa qoyulub

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

Etibarlı mənbələrdən Virtualaz.org-a məlum olub ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. Rüfət Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. Qadağanın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Rüfət Aslanlının adı dəfələrlə müxtəlif korrupsiya qalmaqallarında iştirakda hallanıb. Daha əvvəl KİV keçmiş məmura aid olan bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. Rüfət Aslanlı həmçinin Fransada şəxsi üzümlük sahələrinə malikdir və orada öz adını daşıyan şərab buraxır.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …