Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Rövşanə: “Qızların geyimləri, dırnaqları nə gündə olur”

Rövşanə: “Qızların geyimləri, dırnaqları nə gündə olur”

Aparıcı Rövşanə Ağasəfqızı bir müddət əvvəl qalmaqala səbəb olun geyimlərlə bağlı açıqlamasından danışıb. 

Axşam.az xəbər verir ki, “Bir axşam səhnədə” verilişinə qonaq olan aparıcı bunları əlavə edib:

“Qısa ətəkləri çox sevirəm, demirəm qızlar geyinməsin. Tənqidləri boş verirəm və heç vaxt cavablandırmıram. Qızlar oğlan kimi geyinirlər: şalvar əyinlərindən tökülür, ayaqda idman ayaqqabısı. Bilmirsən, gələn qızdır, yoxsa oğlan. Söz azadlığımdan istifadə edirəm, deyirəm ki, sevmirəm. Qızım da hərdən geyinir və deyir, dəbdir. Ömürboyu qısa ətək geyinmişəm. Qadın kimi geyinən kişi bizi cəlb edə bilər? Kişini bəs, o cür qadın cəlb edə bilər? Qız uşağı qız kimi geyinməlidir, güzgünün önünə keçməlidir. Baxırsan geyimləri, dırnaqları nə gündədir”. 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …