Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rövşən Ağayev REAL-dan istefa verdi

Rövşən Ağayev REAL-dan istefa verdi

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib.

Azinforum.az-ın məlumatına görə, bu barədə iqtisadçı özü məlumat verib.

O, istefasını belə əsaslandırıb: “2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəyəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Qərar qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xaric bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.
Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq.
Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var…”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın