Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Rövnəq Abdullayevin birinci kursda qucaqlaşdığı adam kimdir və “SOCAR” şefi onu niyə unudub? – FOTO

Rövnəq Abdullayevin birinci kursda qucaqlaşdığı adam kimdir və “SOCAR” şefi onu niyə unudub? – FOTO

ARDNŞ prezidenti Rövnəq Abdullayevin maraqlı gənclik fotosu üzə çıxıb.

Strateq.az xəbər verir ki, foto düz 35 il əvvəl – 1982-ci ildə çəkilib. O vaxt Rövnəq Abdullayev İnşaat Mühəndislər İnstitutunun I kursunda oxuyurmuş və institutun yataqxanasında qalırmış. 1983-cü ildə isə o, hərbi xidmətə yollanıb və 1985-ci ildə ordu sıralarından qayıtdıqdan sonra köçürmə yolu ilə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib…
Fotonu redaksiyamıza göndərənlərin yazdığına görə, şəkildəki soldakı şəxs – Rövnəq Abdullayevin Bakıda yataqxanada qaldığı zaman onunla otaq yoldaşı olmuş, Şəkidə doğulan Azər Həmidovdur.
Azər Həmidovun hazırda Şəkidə tikinti sektorunda çalışdığı, ancaq Rövnəq Abdullayevlə hər hansı əlaqəsinin olmadığı və yanlış anlaşılar deyə, heç onu axtarıb tapmağa səy göstərmədiyi də qeyd olunub.
Azinforum.az Strateq.az-a istinadən fotonu oxuculara təqdim edir:

 

Şəkildə soldan sağa: Azər Həmidov və Rövnəq Abdullayev; Bakı şəhəri, 1982-ci il

 

 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın