Ana səhifə / Cəmiyyət / RİYAD ƏLİYEVİN QARDAŞI HƏBS OLUNDU

RİYAD ƏLİYEVİN QARDAŞI HƏBS OLUNDU

Azərbaycanda məşhur idmançı həbs olunub. “AzPolitika.info”ya daxil olan məlumata görə, I Avropa Oyunlarında karate üzrə yarışları idarə etmiş hakimlərdən biri, karatenin şotokan və vaderu növləri üzrə ikiqat Avropa Çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsi Renad Əliyev satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı ilə bugünlərdə saxlanılıb.

Məlumata görə, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının üzvü olan R.Əliyev, bu assosiasiyanın prezidenti, millət vəkili Ülvi Quliyevin təqdimatı əsasında Ümumdünya Şotokan Karate Federasiyası tərəfindən Azərbaycandakı nümayəndə təyin olunub. Ü.Quliyev özü bu federasiyanın vitse-prezidentidir.

Belə peşəkar idmançının narkotik satışı ittihamı ilə həbsi xəbərindəki ən mühüm məqam onun qardaşının kimliyi ilə bağlıdır. “AzPolitika”ya daxil olan məlumata görə, Renad Əliyev özünü “Təfəkkür” Universitetinin keçmiş prorektoru kimi təqdim edən və hazırda Avropada yaşayan, sosial şəbəkələrdə Azərbaycan rəhbərliyinə daxil olan şəxslərlə bağlı təhqiramiz yazılar paylaşan Riyad Əliyevin qardaşıdır.

Maraqlıdır ki, Renad Əliyev və anası Kifayət Əliyeva bir müddət əvvəl “AzPolitika”ya müraciət edərək, Riyad Əliyevdən imtina etdiklərini bəyan etmişdilər.

“Biz – Əliyeva Kifayət Mirzə qızı və Əliyev Renad Mahir oğlu bəyan edirik ki, uzun müddətdir ailəmizlə əlaqəsi olmayan 1975-ci il təvəllüdlü Əliyev Riyad Mahir oğlundan rəsmi şəkildə imtina edirik. Ailəmiz onun böhtançı və iftiraçı fikirlərini bölüşmür. Xaricdə oturaraq, Prezidentimizə və dövlətimizə böhtan və şər atır. Onun bu alçaq, sərsəm və axmaq fikirləri sübut edir ki, o, ruhi xəstədir”, deyə onların bəyanatında bildirilirdi.

Qeyd edək ki, Riyad Əliyev barəsində Təfəkkür Universiteti rəhbərliyinin şikayəti əsasında cinayət işi açılıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

23

Xatırlatmaq yerinə düşər ki, Riyad Əliyevin uzun müddətdir münaqişədə olduğu “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev dünən vəzifəsindən azad olunub. Universitetdən verilən xəbərə görə, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

M.Atakişiyevin vəzifəsindən uzaqlaşmasının Riyad Əliyevin qardaşının həbsi ilə əlaqəsinin olub-olmadığı maraq doğurur. Çox böyük ehtimalla, var! Riyad Əliyevi hökumətin başağrısına çevirən məhz Muşfiq Atakişiyev olmuşdu. 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın