Ana səhifə / Cəmiyyət / “Restoranda ofisiant işləyirdim…”- Muğam müsabiqəsinin qalibi…

“Restoranda ofisiant işləyirdim…”- Muğam müsabiqəsinin qalibi…

Yeddinci Televiziya Muğam Müsabiqəsinin qaliblərindən biri də gənc ifaçı Faiq Əkbərovdur. F.Əkbərov müsabiqədə üçüncü yerə layiq görülüb. 
Moderator.az-a açıqlamasında F.Əkbərov doqquz ay ərzində hazırlaşaraq belə bir nəticə göstərdiyini deyib:
“Bizim ailə Xocalı rayonundandır. Xocalı soyqırımında babamı və nənəmi ermənilər güllələyib. Atam da yaralanıb və üçüncü qrup Qarabağ əlilidir. Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirmişəm. Kollecdə Əməkdar artist Təyyar Bayramovdan təhsil almışam. Sonra gördüm ki, evimizdə dolanışığımız yaxşı deyil, atam işləyə bilmir və mən də gedib Toğanada restoranda ofisiant işləməyə başladım. Doqquz ay öncə Təyyar müəllim orda məni görüb yanına çağırdı və soruşdu ki, “burda niyə işləyirsən?” Dedim ki, ehtiyacımız var. Telefon nömrəmi götürüb Bakıya qayıtdı və bir neçə gün sonra zəng vurub məni Bakıya çağırdı. Sonra Təyyar müəllimin yanında dərs almağa başladım. O, məni evində saxlayırdı və dərslərimə də hazırlaşırdım. Həm Təyyar, həm də Mənsum müəllimə təşəkkür edirəm. Onlar mənə çox dəstək oldular. 
Doqquz ay idi ki, hazırlaşırdım və müsabiqədə üçüncü yerə layiq görüldüm. Qısa vaxt ərzində hazırlaşıb belə bir nəticə göstərməyim mənim üçün çox böyük uğurdur. Əməyi keçən hər kəsə təşəkkür edirəm”. 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …