Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Repetitorlar bu məsələyə diqqət etməlidir – VİDEO

Repetitorlar bu məsələyə diqqət etməlidir – VİDEO

Xüsusi karantin rejiminin yumşaldılmasının birinci mərhələsində repetitor və hazırlıq kurslarının fəaliyyətinin bərpa edilməsinə icazə verilib. Qaydalara əsasən, dərslərdə 10 nəfərdən artıq şagird olmamalıdır. Mütəxəssislər bu sayın da çox olduğunu düşünürlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Qeyd olunur ki, hazırlıq kurslarının fəaliyyət göstərdiyi məkan, repetitorun dərs dediyi otağın sahəsi kimi məqamlar nəzərə alınmalıdır. Havalandırma sistemi qaydasında olmayan, darısqal məkanda uşaqların toplanması problemlərə gətirib çıxara bilər.

Tibb işçiləri bildirirlər ki, bu məsələyə məsuliyyətsiz yanaşılarsa, yoluxmanın ikinci dalğası baş verə bilər. Ona görə də, bütün təcrid qaydalarına əməl etmək vacibdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov həmçinin “Yumşaldılma tədbirləri çərçivəsində məktəblərdə tədrisin bərpası məsələsinə də baxılacağını” bildirmişdi.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …