Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Rektorla sabiq deputatın davası böyüdü

Rektorla sabiq deputatın davası böyüdü

Münaqişə həvəskarı olan Nazim Məmmədov siyasi əxlaq normalarından kənara çıxmaqla intriqa yaratmaqda maraqlıdır. Çünki siyasi karyerasında uğursuzluğu bu cür “parodiyalarla” doldurmağa çalışır.

Bu sözləri Axar.az-a Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev deyib.   Ali məktəbin rektoru, professor Nazim Hüseynli haqda sabiq deputat Nazim Məmmədovun fikirlərinə münasibət bildirən universitet sözçüsü hesab edir ki, seçki ərəfəsi bu cür qeyri-peşəkarlıq perspektiv vəd etmir:

“Əgər millət vəkili ilə rektor statusuna aydınlıq gətirməyə can atırsa, ilk növbədə profilindəki statusuna baxsın və özünə qiymət versin.   Onun ali məktəbi qırmızı diplomla qurtarmasına gəlincə, bu hələ heç nə demək deyil. Onun Şınığın o dar günlərində, yəni 1992-ci illərdə harada olmasından da xəbərdaram. Papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşsə, bəlkə sonrakı addımlarında diqqətli olar”.

Qeyd edək ki, N.Məmmədov deputat olduğu vaxtda Gədəbəyin Düzrəsullu, Şınıx kəndlərinin qazlaşdırılmasını həyata keçirdiyini, lakin rektorun bu işi öz adına çıxardığını iddia edib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın