Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rektor professor olmalıdırmı? – ŞƏRH

Rektor professor olmalıdırmı? – ŞƏRH

Xəbər verdiyimiz kimi, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Universitetdə astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavini vəzifələrində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb – “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedoqoji fəaliyyətlə məşğul olub.

Mövzu ilə bağlı mübahisə doğuran məqamlardan biri də yeni rektorun elmi dərəcəsidir. Onun professor olmaması elmi kulislərdə müxtəlif cür yozumlara və mübahisələrə səbəb olur. Əslində rektor mütləq professor olmalıdırmı? Onun elmi dərəcəsinin olması mütləqdirmi?

Похожее изображение

Mövzu ilə bağlı “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünya təcrübəsində elmi adların verilməsi bizdən kəskin şəkildə fərqlidir. Onun sözlərinə görə, bir dissertasiya müdafiə olunur, ixtisaslaşma üzrə fəlsəfə doktoru elmi dərəcəsi və elmi əsərlərə görə professor adı verilir. Müsahibimiz bildirdi ki, bizdə bu proses üçpilləlidir: “Fəlsəfə doktoru və elmlər üzrə doktor dərəcəsi  verilir. Sovet vaxtı buna elmlər doktoru deyirdilər. Qərb ölkələrində rektor təyinatında bu cür amillər nəzərə alınmır. Rektor fərqli meyarlar üzrə seçilir”.

Müsahibimiz bildirdi ki, E.Babayev elmlər namizədi olan üçüncü rektordur. Onun sözlərinə görə, Mehdi Əliyev elmlər namizədi dərəcəli ilk BDU rektoru olub və 1965-ci ildə təyin olunub:  “O, universitetin tarixində ən nüfuzlu rektor kimi qalıb. Fizika-riyaziyyat elmlər namizədi idi. İkincisi 92-ci ildə hüquq elmlər namizədi olan Firudin Səməndərov olub. Elçin Babayev də elm sahəsində çalışan, professor olmayan üçüncü rektordur. Elmi İnkişaf Fondunun rəhbəri olub. Əcnəbi dilləri də bilir. Elmi aspektdən dil bacarıqları da var. Mən bu təyinatı uğurlu hesab edirəm. Bu şəxsi də universitetə bağlı hesab edirəm”.

E.Əliyev hesab edir ki, bu təyinata imza atılarkən müəyyən məsləhətləşmələr də olub və E.Babayevin üzərində dayanılıb. Müsahibimiz yeni rektoru şəxsən tanıyan biri kimi bu təyinatı uğurlu hesab etdiyini bildirdi: “Əgər o, kadrların, universitetin administrativ heyətinin seçilməsində uğurlu addımlar atsa, elmlə, təhsillə bağlı insanların potensialından yerində istifadə etsə, universitetin qarşısında duran əsas vəzifəni yerinə yetirsə – onu tədqiqat universitetinə çevirə bilsə, böyük uğura imza atmış olacaq. Ondan əvvəlki rektor akademik, bir öncəki rektor isə professor idi.  Demək ki, elmi status əsas göstərici sayılmır”.

Картинки по запросу Aygün Attar

Bir neçə il Giresun Universitetinin azərbaycanlı rektoru olmuş  professor Aygün Attar isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəzi xarici ölkələrdə rektorluq üçün titul önəmli deyil: “Burada önəmli olan təşkilatçılıqdır. Amma Türkiyədə indiyə qədər professor olmayan rektor olmayıb. Mən də Bakı Dövlət Universitetinə yeni təyinat olduğunu eşitdim. Avropa ölkələrində, hətta Amerikada bunun örnəyi varmı, ya yox, bu, başqa söhbətin mövzusudur.  Orda rektorluq bizim düşündüyümüz mənada olmayıb. Daha çox təşkilatçı, universitetə maddi gəlir təmin edən, QHT ilə əlaqə yaradan, universitetə bəxş edəcək qurumla əlaqə quran, universitetin markasının tanıdılması, elmi fəaliyyətilərinin artırılması baxımdan fəaliyyət göstərən şəxs olmalıdır. Çünki bu cür təşkilatçılıq universitet üçün geri dönüş təmin edir, nüfuzunun, tələbə sayının artırılmasında, nüfuzlu universitetlər siyahısına düşməsində rol oynayır”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …