Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Reanimasiyaya yerləşdirilən Xalq artisti canlı efirə zəng etdi – VİDEO

Reanimasiyaya yerləşdirilən Xalq artisti canlı efirə zəng etdi – VİDEO

Keçmişə baxanda daha yaxşıyam. Bütün qonaqlara salamlarımı çatdırın.

Bu sözləri görkəmli sənətkar, Xalq artisti Rafael Dadaşov “Şou ATV” proqramının canlı efirinə zəng vurarkən bildirib. 

“Şöhrət” ordenli aktyorun müğənni qızı Səidə Dadaşova atasının səsini eşidərək kövrəlib. O, efirdə atasına səslənərək bu sözləri dilə gətirib:

“Ata, sənə qurban olum. Sənə bu sənət yaraşır. Sən səhnədə, yanımızda olmalısan. Başa düşdüm ki, sənə qarşı nə qədər qısqanc olsam da, səni xalqın öhdəsinə buraxmalıyam. Sən xalqın Rafaeli, sən xalqın sevimlisisən.

Efirlərə çıxıb sənin səhhətin haqqında tamaşaçılara xəbər çatdırmağa məcburam. Anladım ki, bu səhnənin kardinalı –  Azərbaycanın siması, tarixi, “Şöhrət” ordenli Xalq artisti mənim atam Rafael Dadaşovdur. Nəfəsin yanımızda olsun. Üzündə hər zaman təbəssüm olsun”. 

Qeyd edək ki, Xalq artisti iki gün öncə axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Rafael Dadaşova ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …