Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac – Video

Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac – Video

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

Səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.

Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.

Qeyd edək ki, Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də, Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən şəhərin çıxış postlarında böyük tıxac müşahidə edilib. Bir çox sürücülər şəhəri torpaq yollarla tərk etməyə çalışıb.

Oxu.Az

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …