Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Rasim Balayev Mədəniyyət Nazirliyini tənqid etdi: “Təşkilatçılıq edə bilmirsənsə, tədbir keçirmə”

Rasim Balayev Mədəniyyət Nazirliyini tənqid etdi: “Təşkilatçılıq edə bilmirsənsə, tədbir keçirmə”

“Tədbir keçirirsənsə, bunu səviyyəli şəkildə etməlisən. Bu, Azərbaycanın adıdır. Gücün çatırsa, et, təşkilatçılıq edə bilmirsənsə, etmə. Saxla, peşəkar komanda yığ, sonra təşkil et. Milli Yaylaq Festivalını təşkil edəndə, görünür, bunların heç birini nəzərə almayıblar”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.

“Belə bir tədbirin təşkili üçün büdcədən pul ayrılırsa, hər şey ona uyğun şəkildə təşkil olunmalıdır. Bir var nəyisə könüllü edəsən, bir də var ki, bunun üçün sənə pul ayrılıb. Əgər pul ayrılıbsa, deməli, təşkilati iş də səviyyəli şəkildə olmalıdır. Tədbir iştirakçılarının təşkilat məsələlərindən narazı qalmasını çox pis dəyərləndirirəm. Belə tədbirlərin təşkili yüz ölçülüb, bir biçilməlidir ki, hər şey yerində olsun” – R.Balayev qeyd edib.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …