Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Rasim Balayev Kino Günündən danışdı: “Köhnə sənətkarlar öldü, yeniləri yetişmədi“

Rasim Balayev Kino Günündən danışdı: “Köhnə sənətkarlar öldü, yeniləri yetişmədi“

Bu gün Azərbaycan kinosunun yarandığı gündür.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Maraqlıdır, Azərbaycan kinosunun bugünkü səviyyəsi tanınmış kino xadimlərini qane edirmi? Niyə sovet dönəmində sevilən filmlər indi çəkilmir?

Azərbaycan kinosunun dünya səviyyəsinə çatması üçün nə kimi işlər görülməlidir?

Xalq artisti Rasim Balayev Yenisabah.az-a açıqlamasında Azərbaycan kinosunun bugünkü səviyyəsinin onu qane etmədiyini söyləyib:

“Azərbaycan kinosunun bugünkü səviyyəsi məni qane etmir. Onun səbəbləri açıq-aşkar aydındır. Kino çəkilmirsə, elə səbəbdir. Eşitdiyimə görə, 3-4 film çəkilməlidir. Bir neçə il əvvəl dövlət xətt ilə filmlər çəkilib. Amma onlar azlıq təşkil edirdi. Yavaş-yavaş yəqin ki, qaydasına düşər”.

Aktyor sovet filmləri ilə indiki filmlər arasında böyük fərqin olduğunu deyib:

“Sove filmləri ilə indiki filmlər arasında fərqli cəhətlər var. Birincisi pis, yaxşı sovet dönəmində struktur var idi. O pozuldu, uzun müddət maliyyələşmədi. Daha sonra isə ictimai informasiyanı dəyişdik, sosializm dağıldı. Təxminən 6 il Azərbaycan kinosuna pul ayrılmadı. Sonra yenidən ayrıldı. Nəsillər dəyişdi. Köhnə sənətkarlardan xəstələnən, vəfat edənlər oldu. Buna baxmayaraq yeni nəsil yetişmədi. 20-25 il ərzində struktur düşünülmədi.. Yeni nəsil yetişməlidir. Bu birdən-birə olan iş deyil. Mənə elə gəlir ki, onlar öz sənətkarlarını yetişdirəcəklər”.

R.Balayev filmlərin dünya səviyyəsinə çatması üçün yüksək sənətkarların olmasının vacibliyini qeyd edib:

“Filmlərimizi dünya səviyyəsinə çatdırmaq üçün dünya səviyyəli sənətkarlar, maliyyə, düşüncələr və ümumbəşəri fikirlər olmalıdır. Yəni çəkdiyimiz həmin filmdəki fikirləri ingilislər də, almanlar da, fransızlar da, amerikanlılar da anlamalıdırlar. Bu səbəbdən də ümumbəşri mövzulara toxunulmalıdır. Bunun üçün də yüksək səviyyəli sənətkarlar lazımdır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …