Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ramiz Mehdiyevdən yeni TƏYİNATLAR

Ramiz Mehdiyevdən yeni TƏYİNATLAR

Oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

AMEA-dan bildirlib ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib.

O, ölkə başçısının “Azərbaycan Respublikasında Zəfər günü­nün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqə­dar HEB və İEB-in elmi-tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən ətraflı söz açıb və bununla bağlı tövsiyələrini bildirib.

Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə 24 oktyabr 2021-ci il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxana­sında keçirilmiş “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” elmi konfransı­nın əhəmiyyətindən bəhs edib, Ümumi yığıncaq iştirakçıları ilə konfransda edilmiş məruzələr haqqında düşüncələrini bölüşüb.

Həmçinin HEB-in və İEB-in elmi müəssisələrinə 1 noyabr 2021-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək “AMEA-nın Qarabağnaməsi” mövzusundakı təqdimat – sərginin təşkili ilə bağlı tapşırıqlar verilib.

Ümumi yığıncaqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan struktur və kadr islahatları ilə əlaqədar müəssisənin Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərar qəbul edilib.

İclasda, o cümlədən bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi də müzakirə olunub. AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçiliblər və təsdiq olunmaları üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …