Ana səhifə / Cəmiyyət / Ramil Usubov yeni polis rəisi təyin etdi

Ramil Usubov yeni polis rəisi təyin etdi

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.

APA-nın verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri  ilə polkovnik-leytenant Vəfadar Orucov Daşkəsən Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

V. Orucov Göygöl Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov bir müddət əvvəl Ağsu Rayon Polis Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …