Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı – FOTO

Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı – FOTO

Nərimonov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Qafqazinfo xəbər verir ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub. Onun işdən çıxarılması isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi postuna bir il öncə təyin ounmuşdu. Eks-rəisin hansı vəzifəyə gətiriləcəyi hələ bilinmir. Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kimliyi yaxın günlərdə bilinəcək.  Xatırladaq ki, bir neçə gün əvvəl Criminal.az saytı İsmayıl Əsədovunun şou-biznes nümayəndələri və idmançılarla sosial şəbəkələrdə yayılmış şəkillərinə görə rəhbərlik tərəfindən xəbərdarlıq edilməsi barədə xəbər vermişdi. İ.Əsədovun müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallı və digərləri ilə ayrı-ayrı restoranlarda şəkilləri paylaşılıb. Bu isə polis rəhbərliyi tərəfindən yaxşı qarşılanmayıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …