Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Rafael Dadaşovun oğlu danışdı: “Atam vəsiyyət etdi ki…”

Rafael Dadaşovun oğlu danışdı: “Atam vəsiyyət etdi ki…”

Uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl vəfat edən xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov atasının ölümündən danışıb.
Jurnalistlərə açıqlama verən aktyorun oğlu “Övladlarına bir-biri ilə mehriban olmağı vəsiyyət etdi və getdi…”, – deyə bildirib.
Qeyd edək ki, R.Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.
Hazırda koronavirusla əlaqədar teatrların fəaliyyətinə müvəqqəti fasilə verildiyi üçün Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək. 
Aktyor sabah II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi saat 14:00-da evindən götürüləcək.  Musavat.com

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …