Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Rafael Dadaşovun efirlərə çıxmayan qızı Leyli – VİDEO

Rafael Dadaşovun efirlərə çıxmayan qızı Leyli – VİDEO

Xalq artisti Brilliant Dadaşova mərhum Rafael Dadaşovun ikinci qızı Leylinin görüntülərini paylaşıb.

Müğənninin sosial şəbəkə hesabında yayımladığı videoda Leyli mahnı oxuyur.

B.Dadaşova “Dadaşovalar: Leyli və Nigar. Leyli həm bacım qızıdır, həm də əmim oğlu Rafaelin qızıdır. İkitərəfli istedad var. Bu videonu paylaşıram ki, bəzi Xalq artistləri baxıb, canlı oxumaq öyrənsinlər. Leylini yalvara-yalvara oxutdururuq” deyə, videoda yazıb.

Qeyd edək ki, Leyli B.Dadaşovanın bacısı Sədaqətin qızıdır. Rafael Dadaşov və Sədaqətin digər qızı Səidə isə tanınmış müğənnidir.

https://ok.ru/videoembed/2501577411284

Axşam.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …