Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Radikalizimlə mübarizə üçün futbolçular bir arada – FOTOLAR

Radikalizimlə mübarizə üçün futbolçular bir arada – FOTOLAR

“Sumqayıt” futbol klubunun üzvləri İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində mayın 7-də  “Radikalizmə yox”, “Bura Sənindir” şuarları ilə sport kamp keçiriblər.

Azinforum.az xəbər verir ki, tədbirdə məqsəd radikalizmə və radikal qruplara qoşulmağa “yox” demək, eləcə də multikulturializm ideyalarını dəstəkləməkdən ibarət olub.

Tədbirdə gənclər ilə müzakirələr aparan komanda üzvləri idmanın və təhsilin əhəmiyyətilə bağlı fikirlərini bölüşmüşlər. Gənclər idmanla məşğul olmağa təşviq edilibdir.

CESD-nin sədri Vüqar Bayramov bildirib ki, bu görüş yalnız burada iştirak edən gənclər, eyni zamanda digər gənclər üçün də mesajdır:

“Məqsədimiz radikalizmə “yox” deməklə stabilliyi dəstəkləməkdir. Buna görə də, “Sumqayıt” futbol klubunun üzvlərinin dəstəyini xüsusi qiymətləndirilməlidir”.

Daha sonra futbolçular ilə gənclər arasında müzakirələr və futbol meydançasında idman kampı təşkil edilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …