Ana səhifə / Cəmiyyət / Radikal müxalifətçi Vasif Talıbovu təriflədi

Radikal müxalifətçi Vasif Talıbovu təriflədi

Qurban Məmmədov: “Xalqa xidmətin ən gözəl nümunəsini ondan öyrənin”
Tanınmış vəkil Qurban Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalqa xidmət nümunəsi göstərdiyini söyləyib. Qurban Məmmədov özünün facebook səhifəsində yazıb ki, “Naxçıvanbank”ın dollarla kredit borcu olan vətəndaşlara güzəşt qərarı verməsi Vasif Talıbovun böyük fədakarlığının nəticəsidir:

“Hörmətli Vasif Talıbovu bəyənməyənlər, haqqında min cür uydurmalar yayanlar, onun nə vaxtsa paytaxta, daha yüksək vəzifəyə gətirilə biləcəyindən vahiməyə düşüb qısqananlar, buyurun, xalqa xidmətin ən gözəl nümunəsini ondan öyrənin. ”Naxçıvanbanbk”ın bu humanist addımını alqışlayıram. “Naxçıvanbank”ın bu hərəkəti, yalnız, əsgər dostlarını qorumaq üçün sinəsini pulemyotun ağzına verən qəhrəmanın fədakarlığı ilə müqayisə edilə bilər. Bəli, “Naxçıvanbank” devalvasiyanın öldürücü atəşini öz üzərinə götürüb, müştərilərini xilas edir. Ən düz olanı da budur. Çünki yalnız bu gün xilas etdiyi müştəriləri sabah onu xilas edə bilər. Başqa heç kim! İqtisadiyyatın qızıl qaydası: varlını qorumaq üçün kasıbı qorumaq lazımdır.

Mən şəxsim və ailəm adına, eləcə də Naxçıvanda yaşayan qohumlarım adına, şəxsən cənab Vasif Talıbova və “Naxçıvanbank”ın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Sağ olun, Vasif müəllim!”

Xatırladaq ki, dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında keçirilən toplantı zamanı o, Ali Məclis sədri tövsiyə edib ki, “Naxçıvanbank” ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək 1 dolları 1.05 manat ekvivalentində konvertasiya etsin.

Bundan dərhal sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası bankın səhmdarları ilə razılaşdırılmış qaydada rəsmi qərar verib. Bankın xarici valyutada kredit portfeli 1 milyon ABŞ dollarına qədərdir və 370 nəfəri əhatə edir. Yaranmış zərərin “Naxçıvanbank” tərəfindən qarşılanacağı bildirilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın