Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Rabitədə səs-küylü həbslər: – Beytulla Hüseynova yaxın vəzifə sahibləri və iş adamları saxlanıldı

Rabitədə səs-küylü həbslər: – Beytulla Hüseynova yaxın vəzifə sahibləri və iş adamları saxlanıldı

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra “MTN işi” ilə bağlı vəzifədən çıxarılanlarla bərabər, həbs olunanların sayı da günü gündən artır.

Bu kontekstdə Strateq.az-a daxil olan məlumata görə, “MTN işi” ilə bağlı bir neçə gün əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyində də (BTRİB) həbslər həyata keçirilib.

Məlumata görə, adıçəkilən qurumun baş direktoru, sabiq nazir Eldar Mahmudovun bibisi qızının həyat yoldaşı Beytulla Hüseynov saxlanıldıqdan sonra, BTRİB-də ciddi olaylar yaşanır:

“Artıq Beytulla Hüseynovun həbsindən sonra BTRİB-də ciddi yoxlamalara start verilib. Yoxlama çərçivəsində birliyin bir sıra vəzifə sahibləri ilə yanaşı, qurumla əməkdaşlıq edən MMC rəhbərləri də saxlanılıb. Hələlik dəqiq bəlli olan odur ki, Beytulla Hüseynovun “xeyir-duası” ilə BTRİB və onun tabeliyindəki qovşaqlarda təchizat, təmir-tikinti və digər işlərin həyata keçirənı 3 MMC-nin rəhbərləri də saxlanılıb…”.

Bu arada onu da qeyd edək ki, BTRİB-in baş mühasibi və digər vəzifə sahiblərinin saxlanılması haqda da xəbər yayılıb. Bu da Strateq.az-a daxil olan məlumatın dəqiqliyinə dəlalət edir.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, artıq Beytulla Hüseynovun ən etibarlı kadrlarını istintaqa cəlb etməyə başlayıblar: “BTRİB-in baş mühasibi Anar Mustafayev və digər bir neçə vəzifə sahibi saxlanılıb. Onlar Beytulla Hüseynovun qurumdakı ən sadiq adamları olub…”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın