Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olundu – Sərəncam

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olundu – Sərəncam

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Əldə etdiyimiz məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın