Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı

Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi işdən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Xeberler.az bildirir ki, bir müddət öncə Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Bəxtiyar Məmmədov ötən ildən işdən çıxarılsa da, bu barədə məlumat verilməyib.

Bəxtiyar Məmmədov 2005 –ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində adı çəkilən şöbənin müdiri vəzifəsində çalışıb.

RYTN-in Hüquq və insan resursları şöbəsi nazirliyin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici və digər hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir.

Həmçinin oxuyun

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq. AzVision.az xəbər verir ki, …

Bir cavab yazın