Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Rəsmi Bakıdan səfirin öldürülməsi ilə bağlı bəyanat

Rəsmi Bakıdan səfirin öldürülməsi ilə bağlı bəyanat

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir.

XİN-dən daxil olan bəyanatda bildirilir:

-Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə başsağlığı veririk.

Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk.

Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın