Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Rəşad Nəbiyev Bəxtiyar Məmmədovu yüksək vəzifəyə gətirdi

Rəşad Nəbiyev Bəxtiyar Məmmədovu yüksək vəzifəyə gətirdi

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişiklikləri olub.

Nazir Rəşad Nəbiyev müvafiq əmri ilə Nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri Pərvin İsmayılov vəzifəsindən azad edilib və onun yerinə hələ ki təyinat olmayıb.

Nazirin digər əmri ilə hüquq şöbəsinin uzun müddət boş qalan müdiri vəzifəsinə Bəxtiyar Məmmədov gətirilib.

Qeyd edək ki, B.Məmmədov sabiq nazir Əli Abbasovun dövründə eyni adlı şöbəyə rəhbərlik edib. Daha sonra isə o Nazirlikdən ayrılaraq Nazirlər Kabinetində çalışıb.

Xatırladaq ki, B.Məmmədov Maltanın “FimBank”ı ilə məhkəmə çəkişmələrində Azərbaycan tərəfi təmsil edən əsas şəxs olub.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …