Ana səhifə / Cəmiyyət / Qusarda qadın hüquqşunas döyülərək bədən xəsarətləri alıb

Qusarda qadın hüquqşunas döyülərək bədən xəsarətləri alıb

Azinforum.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsindən Qusar şəhərindəki mənzilinə qayıdan hüquqşünas Samirə Qasımova mülki iş üzrə cavabdeh olan Qusar rayon sakini Ədalət Pənahovun qəfil hücumuna məruz qalaraq, çoxsaylı bədən xəsarətləri alıb. Bu barədə məlumatı hüquqşunasın özü verib: “Dərhal DİN-nin 102 xidmətinə hadisə ilə başğlı məlumat verdim. Hal hazırda hadisə ilə bağlı Qusar RPİ-də vətəndaş Ədalət Pənahovun əməlində cinayət xarakterinin olub olmaması araşdırılır”. Qeyd edək ki, polis idarəsinin göndərişi ilə Samirə Qasımova Qusar rayon məhkəmə tibbi ekspertizasından müayinədən keçib. Ekspertin rəyində Samirə Qasımovanın bədən xəsarətləri öz təsdiqini tapmıb.
Mövzuya qayıdacayıq.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın