Ana səhifə / Cəmiyyət / Qulamhüseyn Əlibəyli : “Nəticələr əvvəlcədən bəllidir”

Qulamhüseyn Əlibəyli : “Nəticələr əvvəlcədən bəllidir”

“Ölkədə seçki ab-havası hiss olunmur”.

Bunu Moderator.az-aaçıqlamada Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Qulamhüseyn Əlibəyli deyib ki, seçki ab-havasının hiss edilməməyi demokratik seçkiyə inamın azlığı, nəticələrin əvvəlcədən məlum olması ilə bağlıdır.

Partiya sədri deyib ki, namizədlərin çox olması formallıqdan başqa bir şey deyil və say çoxluğu seçki prosesinə heç bir təsir göstərmir.

Qulamhüseyn Əlibəyli Aydınlar Partiyası rəhbərliyinin bütün bunları öncədən gördüyünü və bu səbəbdən də seçkidə iştirak etməmək haqqında qərar verdiyini söyləyib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın