Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / QÜDRƏT HƏSƏNQULİYEV PARLAMENTDƏ QUMARXANALARIN LOBBİÇİLİYİNİ EDİR – “KAZİNOLARA BƏRPA EDƏK…”

QÜDRƏT HƏSƏNQULİYEV PARLAMENTDƏ QUMARXANALARIN LOBBİÇİLİYİNİ EDİR – “KAZİNOLARA BƏRPA EDƏK…”

Qüdrət Həsənquliyev: “Onsuz da bəziləri o pulları aparıb xaricdə udurlar, kazinoları bərpa edək, elə burda uduzsunlar”

Milli Məclisin növbəti plenar iclası keçirilir. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 43 məsələ daxil edilib.

İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. İqtisadi siyasət, sənaye və sahibkarlıq və hüquq siyasətinin sədri Ziyad Səmədzadə prezident İlham Əliyevin fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı fərmanın əhəmiyyətindən bəhs edib. O, iclasın gündəliyinə çıxarılan məsələlərin hamısının bu fərmandan irəli gələn vəzifələr olduğunu söyləyib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı çıxışında bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır:“Ötən dövr ərzində işçi qrup Palatanın fəaliyyətinin mütərrəqi beyəlxalq prinsip və standartlara uğun təşkil olunmasını təmin etmək məqsədi ilə bu sahədə mövcud olan beynəlxaql standartları araşdırıb. Bunun nəticəsi olaraq isə Dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur. O bildirib ki, Azərbaycanda yenilik olan maliyyə bazarları tənzimləyicisi bir müddətdir ki, həm Qərbdə, həm Şərqdə geniş tətbiq olunur”.

R.Aslanlı qeyd edib ki, bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrarsığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. R.Aslanlı bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə alətlərdən istifadə edəcək:“Bunlardan birincisi lisenziyalaşdırmadır. Palata yuxarıda sadalanan sahələrdə lisenziyalaşdırma aparacaq. İkincisi, Palata maliyyə sektorunda norma yaratma, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlanarsa, bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq.

Palata sədri bildirilib ki, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”.İşçi Qrupunun rəhbəri vurğulayıb ki, iclasın gündəliyində təqdim olunan qanunvericilik zərfi məhz Palatanın sadalanan mandat çərçivəsində fəaliyyəti üçün hüquqi əsaslar yaratmağa xidmət edir. Hazırda bank, sığorta və kapital bazarları sektorlarını müxtəlif orqanlar tənzimləyir və orada nəzarət tədbirləri həyata keçirir. Bu tənzimləyici orqanlar isə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsidir. R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və Palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib. Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib və onu tənzimləyəcək. Eyni zamanda, nəğd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” Qanunla Mərkəzi Bankın vayluta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə Palatanın səlahiyətinə keçir.
R.Aslanlı qeyd edib ki, hələlik Palatanın nizamnaməsi təsdiq olunmayıb, bunun üçün müəyyən prosedurlar həllini tapmalıdır. Ancaq ölkə başçısının tapşırığı əsasında bir sıra işlər həyata keçirilib. Palatanın iki səviyyəli idarəetmə orqanı yaradılacaq – Direktorlar Şurası və İdarə Heyəti, Palata tam əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq. Eyni zamanda Palatanın Direktorlar Şurasını üzvləri tam müstəqil şəxslər olmalıdır.

Sonra Milli Məclisin deputatları qanun layihəri haqqında fikirlərini səsləndiriblər.

Deputat Qüdrət Həsənquliyev R.Aslanlının kifayət qədər peşəkar bank işçisi olduğunu deyib: “Əgər doğrudan da Nəzarət Palatası Mərkəzi Bankın kölgəsinə çevrilməyəcəksə və Rüfət Aslanlı öz bacarığına uyğun şəkildə fəaliyyət göstərəcəksə, məncə, biz böyük uğurlar qazanacağıq. Hökumət nəqədər qərarlar qəbul edir-etsin, əgər xalq, iş adamları buna inanmayacaqsa, inkişaf etmək çox çətin olacaq. Yeni yaradılmış qurum həm də ictimaiyyəti inandırmağa çalışnmalıdır, ictimaiyyətlə işləməlidir”. Q.Həsənquliyev icbari tibbi sığortanın tətbiqinə başlamağa da çağırdı: “Nəhayət, icbari tibbi sığorta ilə bağlı qərar verilməli və səhiyyə obyektlərinin özəlləşdirilməsinə qərar verilməldir”. Deputat ölkədə kazinoların bərpasına da çağırdı: “İdman mərzc oyunları da qumarın bir formasıdır. Gürcüstanın Batumi bölgəsi kazinoya görə xeyli turistlər cəlb etdi. Biz də Azərbaycanın turizm bölgələrində kazinoların fəaliyyətinə icazə verə, bununla Türkiyə, Gürcüsatn, İrandan çoxlu sayda turist cəlb edə bilərik. Onsuz da bəziləri o pulları aparıb xaricdə uduzurlar, kazinoları bərpa edək, elə burda uduzsunlar. Bu da iqtisadiyyata töhfə verərdi”.

Deputat Siyavuş Novruzov iqtisadi blokun inkişafı, dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin təmin olunması üçün təqdim olunan qanunları qəbul etməyə çağırıb. Deputat son vaxtlar evlərin yarılması, pulların aparılması ilə bağlı hadisələrin çoxaldığını deyib. O bildirib ki, müxtəlif qruplar təşkilatlar yaradılıb və banklardan pulunu götürən adamların mənzillərinə girirlər. S.Novruzov mərc oyunlarından da bəhs edib: “Onsuz da qeyri-rəsmi şəkildə belə hallar var, bəziləri qeyri-rəsmi pullar yığır. Amma dövlətə vergi verilmirdi. Biz qanuna dəyişiklik etməklə bu cür qanunsuz fəaliyyətin qarşısını alırıq”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın