Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qubadakı bütün karyerlər bağlanıb – Yalnız “Gilan”a məxsus obyekt işləyir…

Qubadakı bütün karyerlər bağlanıb – Yalnız “Gilan”a məxsus obyekt işləyir…

Quba rayonu ərazisində fəaliyyət göstərən karyerlərin demək olar ki, hamısının qapısına möhür vurulub. Bu barədə məlumatı Azinforum.az-a həmin ərazidəki karyerlərdən birində çalışan şəxs verib. Onun sözlərinə görə, karyerlər bir neçə nazirliyin nümayəndəsinin daxili olduğu, yeni yaradılan Komissiya tərəfindən möhürlənib:

“Elə ciddi səbəb göstərmirlər. Bütün sənədlərimiz qaydasında olsa da, deyillər ki, çayı çox qazıbsınız. Ərazidə yalnız “Gilan”a məxsus olan karyer işləyir. Bu ərazidə olan karyerlərdən biri də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri Balakişi Əhmədovla məxsusdur. Qadağa onun da karyerinə şamil olundundan, Balakişi müəllimin göstərişi ilə həmin ərzaidən “Gilan”ın yükünü daşıyan bütün maşınlar DYP əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılırdı. Bu təzyiq metodunun da keçərsiz olduğunu gördükdən sonra, yeni yaradılan DYP postu da ərazidən yığışdırıldı. Tikintinin sürətlə getdiyi bir vaxtda karyer sahibləri işi bərpa etmək üçün döymədiyi qapı qlamayıb”.

R. ƏLİ
Azinforum.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın