Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Qubada soyqırımı abidəsinin açılışı bu tarixdə olacaq

Qubada soyqırımı abidəsinin açılışı bu tarixdə olacaq

1918-ci il martın 31-də ermənilərin törətdiyi soyqırımına məruz qalan şəxslərin xatirəsini əbədiləşdirmək üçün Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən kütləvi məzarlıqda abidə inşa edilib. 
Bunu modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.
Komissiya üzvü bildirib ki, bu il 31 Mart Azərbaycanlıların soyqrımı günü həmin xatirə abidəsinin rəsmi açılışının ediləcəyi gözlənilir.
“Abidənin üzərində Azərbaycan və İngilis dillərində soyqırımına məruz qalan insanların orada dəfn olunmasına dair məlumat da öz əksini tapıb. Abidənin açılış mərasimində Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvləri iştirak edəcək. Daha hansı şəxslərin iştirak edəcəyi barədə isə məlumatım yoxdur”.
Xatırladaq ki, 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.
Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalmışdı və məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət etmişdi. Bundan sonra Quba “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılmışdı.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …