Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı – VİDEO Featured

Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı – VİDEO Featured

Tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızı Jalə Bayramovaya cinayət işi açılıb.

Bu barədə Q.İbadoğlu məlumat yayıb.

“Bu da “Ədalət”in zəfər çaldığı Azərbaycan. Gözləntilərimiz özünü doğrultmaqdadır. Azadəyə deyil, Jaləyə qarşı cinayət işi açılıb. Jalənin seçki məntəqəsində döyülməsinə MSK sədrinin münasibətini təqdim edirəm: “Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin, bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb.

Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin.

Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

Əvvala, MSK sədrinin digər xanım adlandırdığı Azadə Kərimovanın həmin məntəqədə seçici deyil, ümumiyyətlə onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. İkincisi, Jaləni DSK sədri Mübariz Əmirov “bunu çək”, “onu çək” deyə, çəkməyə dəvət edib.

Çəkiliş isə küçədə deyil, seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb, fiziki zor faktı göz qabağındadır, bu videoları izləyənləri də hiddətləndirib, amma döyənə qarşı işi bağlayıb, döyülənə qarşı iş açmaq onu göstərir ki, bu siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur” – Q.İbadoğlu qeyd edib”.

Rutgers Universitetinin professoru, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun qızı Jalə Bayramova 9 fevral Parlamentə növbədənkənar keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edib. O, Ziyafət Əsgərovun “seçildiyi” 76 saylı Lənkəran-Astara seçki dairəsindəki 16 saylı məntəqədə namizəd Xalid Bağırovun səlahiyyətli nümayəndəsi qismində iştirak edib.

Jalə Bayramovaya qarşı zor tətbiq edib, onu sürüyən qadının kimliyi bəlli olub. Qadın Lənkəranın Böyük Şürük kənd sakini Kərimova Azadə Mürfət qızıdır. Heç yanda rəsmi olaraq işləmir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …