Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”

Qorxmaz Əlilidən qaçqınlarla bağlı şok ifadələr: “Söyməyi hamı bacarar”

Üç il bundan əvvəl, öz feysbuk səhifəmdə, yazmışdım ki, “qaçqınlara Bakı lazım idi gəldilər, vəzifə lazımdı aldılar, var-dövlət lazım idi qazandılar, məcburi köçkünləri palatkalarda saxlayıb xaricə reklam etdilər onların da pulların əksərini yedilər.” 

İndi soruşan gərək ki, məgər 1 milyon məcburi köçkünlərimiz hamısı Bakıdadı? Hamısı vəzifə sahibidi? Hamısı var-dövlət sahibidi? Hamısı pulları öz ciblərinə mənimsəyiblər? 

Azərbaycan xalqı məcbur olub yaşadığı yerləri tərk ediblər. Hər birimiz o həyatı yaşaya bilərik. Onlar silahsiz, əli yalın düşmənlə necə vuruşmalı idi? Kənarda da kömək, yardım yox idi. Məcbur olub gəliblər və olublar “məcburi köçkün”. 

Qaçqın isə o adamlardı ki, əvvəlcədən hadisələrin gedişatın bilib var dövlətin, ailəsin götürüb Bakıya qaçıblar. Mən həmişə müsahibələrimdə demişəm: Azərbaycan xalqı heç vaxt qaçqın ola bilməz!!! Bu ad bizə şərəf gətirməyib və gətirməyəcək də. 

Mən 20 il bağımı məcburi köçkünlərə pulsuz vermişəm ki, yaşasınlar. Hər iki ildən bir təzə ailələr gəlib qalıblar. Bir dəfə də olsun bağımı belləməyiblər, meynələri kəsdirmiyiblər. Axırda da mənə 2000 manat pul işıq borcu qoyub getdilər. Bağımı satandan sonra mənə bağın təzə sahibi zəng vurub abrımı tökdü ki, belə bağ olar? Elə bil Balaxanı zibilliyidi. Bağda 20 il ərzində çalalar qazıblar, salafan klyoklara zibilləri doldurublar, fanta, kola və s. içkilərin kapron qabları ilə bir yerdə çalalara doldurub üstünü qumla örtüblər. 

Bir dəfə də olsun mediada şikayət eləməmişəm. İndi mənim yaxşılığlarımın əvəzu bu oldu? Canları sağ olsun. Onu bilsinlər ki, mən Qarabağlılar və Qərbi Azərbaycanlılarla ailəvi dostluq edirəm. Onlar həqiqəti bilirlər.

Mən istərdim ki, saytlarda, instaqramlarda məni haqsız təhqir edənlər güclərini mənə yox ermənilərə göstərsinlər. 30 ildi torpağlar tapdaq altındadı. İnternetdə boş vaxtlarını keçirməkdənsə fikirləşsinlər ki, dədə-baba torpaqlarını necə etsinlər ki, düşməndən azad etsinlər. 

Söyməyi hamı bacarar, amma Milli Qəhrəman Mübariz kimi qəhrəmanlıq, mərdlik hər kəs bacara bilməz. Tanrı bütün şəhidlərimizin ruhun şad eləsin. Qanları yerdə qalmaz İNŞAALLAH!!!

Qorxmaz Əlilicanzadə, 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Demokrat.az

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …