Ana səhifə / Cəmiyyət / “Qorotdel”in rəisi “Dostluq” parkına görə iş adamını həbs etdirdi

“Qorotdel”in rəisi “Dostluq” parkına görə iş adamını həbs etdirdi

Bakının Səbayel rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı saxlanılıb.

“Report”un məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətiimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər.

T.Hüseynovun saxlanılması əməliyyatı məxfi şəraitdə aparılıb.

Əməliyyata isə BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov özü birbaşa rəhbərlik edib.

Qeyd edək ki, “Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların söküntüsünə başlanılıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın