Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir.

Bu barədə Trend-ə QMİ-dən məlumat verilib.

Qeyd olunub ki, hələlik bu barədə rəsmi bildiriş gəlmədiyi üçün hər hansı fikir bildirmək çətindir. Həmçinin, rəsmi bildirişin yaxın günlərdə gələcəyi vurğulanıb.

Martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalıdır, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir.

Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarətinə getmək üçün zəvvarların koronavirusa qarşı peyvənd olunmasını bir məcburi şərt kimi müəyyən edib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …